Tərtərdə gənc minaya düşdü - VİDEO

11.10.2018 20:50

Tərtərdə yaşayan məcburi köçkün dumanlı havada qoyun otararkəntəmas xəttində neytral zonaya daxil olub. Nəticədə ominaya düşərək ağır yaralanıb. 22 yaşlın gəncinbir ayağı amputasiya olunub.

Qoyun otaran sakin neytral zonada minaya düşüb. Hadisə bu gün Tərtərdə baş verib.

Kəlbəcər rayonundan məcburi köçkün düşən və Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşan 22 yaşlı Azad Həsənovun həmin ərazidə mal-qara otarırmış. Elə minaya da orada düşüb. Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov deyib ki, hadisə bu gün səhər saatlarında qoşunların təmas xəttində baş verib.

Hadisədən sonra Azad telefonla qardaşına və dostlarına zəng edə bilib. Yaralı ilk olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkim-travmatoloqu Hafiz Əliyev bildirib ki, Azad Həsənov cərrahiyyə əməliyyatı olunub vəonun bir ayağı amputasiya edilib. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalir.

Qeyd edək ki, bu, Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutmaları nəticəsində Azadın 16 yaşlı bacısı Turanə Həsənova dünyasını dəyişmişdi.

© xezerxeber.az


55 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR