Prezidentdən sərt xəbərdarlıq: "O dövr artıq keçib, heç kimə arxalanmasınlar" - VİDEO

10.10.2018 20:56

Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına həsr olunan iclasında bir sıra problem və çatışmazlıqlara da toxunub. Dövlət başçısı həmin məsələlərin aradan qaldırılması üçün məmurlara ciddi xəbərdarlıq edib. Prezidentin çıxışının əsas gündəmini vətəndaşların ən çox qarşılaşdığı problemlər təşkil edib.

"Bu ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar investisiya qoyulub. Azərbaycanın valyuta ehtiyatları isə 45 milyard dollara çatıb". Bu sözlərlə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının yekunlarına həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev qeyri-neft sektorunun 10.8 faiz, kənd təsərrüfatının isə 4,3 dəfə artdığını vurğulayıb.

Dövlət başçısı əldə edilən uğurlarla yanaşı, mövcud olan bir sıra problem və çatışmazlıqlardan da danışıb. İclasdakı yekun nitqində dövlət başçısı vergidən yayınan sahibkarların və onlara şərait yaratmağa təşəbbüs edəcək məmurların ciddi cəzalandırılacağını vurğulayıb.

Dövlət başçısı qanunsuz tikililərlə bağlı da da aidiyyatı qurumlara ciddi tapşırıqlar verib. Prezident İlham Əliyev qanunsuz tikililərlə şəhərin görünüşünü və memarlıq üslubunu pozan şəxslərin ciddi cəzalandırılacağını deyib.

Prezident İlham Əliyev ölkənin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı önəmli işlərin həyata keçirildiyini bildirib. Dövlət başçısı bu işdə sahibkarların da fəal iştirak etməli olduğuna və havaya zərərli maddələrin atılmasının qarşısının alınmasının vacibliyinə diqqət çəkib. Prezident İlham Əliyev xəbərdarlığa məhəl qoymayanların ciddi cəzalandırılacağını bildirib.

Dövlət başçısı Nazirlər Kabinetinin iclasındakı yekun nitqində ağacların qanunsuz kəsilməsindən də danışıb. Prezident İlham Əliyev ağacların kəsilməsinə görə ən sərt cəzaların tətbiq ediləcəyini vurğulayıb.

Dövlət başçısı son vaxtlar baş verən avtobus qəzalarına da toxunaraq deyib ki, hüquq-mühafizə orqanları belə hadisələrə çox ciddi reaksiya verməlidir. Pezident İlham Əliyev marşrut avtobuslarında sürücülərin sağlamlıq vəziyyətinə, həmçinin avtobusların texniki parametrlərinə ciddi nəzarət edilməli olduğuna və bununla bağlı aidiyyatı qurumların geniş təftiş aparmalı olduğuna diqqət çəkib.

© xezerxeber.az

FOTOQALERIYA






188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR