Azərbaycanyenielektron hökumətmodelinə keçir. Bu model sayəsində vətəndaşların elektron xidmətlərdən faydalanmaları üçün dövlət qurumlarına müraciət etmələrinə ehtiyac qalmayacaq. Bütün zəruri xidmətlər elektron hökumətin vahid infrastruktur bazasında göstəriləcək.Vətəndaşlar onlara lazım olan informasiyaları daha tez əldə edəcəklər.
Yaxın gələcəkdə hansısa dövlət qurumunda sizinlə bağlı informasiya varsa, o informasiya sizdən kağız formada istənilməyəcək. Qurum sistemə daxil olaraq məlumatı özü götürəcək. Ümumiyyətlə isə elektron xidmətdən istifadə üçün ayrı-ayrılıqda dövlət qurumlarının sisteminə daxil olmağa ehtiyac qalmayacaq. Şəxsi məlumatlar bir kabinetdə toplanacaq.
Elektron hökumətin yeni modelinə keçid vətəndaşların işini daha da rahatlaşdıracaq. Elektron hökumətin inkişafı mərkəzinin direktoru Fariz Cəfərov deyir ki, Xidmətlərdən istifadə zamanı nəzərəçarpacaq çeviklik əldə olunacaq.
Yenimodelin üstünlüklərindən biri də odur ki, vətəndaşlar sənədləri ilə bağlı görməli olduqları işlərdən online şəkildə öncədən məlumatlandırılacaqlar.
Elektron hökumətin yeni modelinin tətbiqi 2019-cu ildə nəzərdə tutulur.