Bu şəxslər quldurluğa görə saxlanılıblar - Daha kimlər onların qurbanı olub? - VİDEO

10.10.2018 20:51

Bakıda ayrı-ayrı şəxslərə qarşı quldurluq edən şəxslər saxlanılıb.

DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib. Belə ki, rayon sakini Vüsal Abıyev 25-ci Polis Şöbəsinə müraciət edərək Şərifli küçəsi 96 ünvanında iki nəfər tanımadığı şəxsin ona hücum edərək xəsarət yetirdiklərini daha sonra mobil telefon və noutbukunu əlindən aldıqlarını bildirib.

Qeyd edilən hadisədən 3 gün sonra eyni məzmunlu şikayətlə Polis Şöbəsinə bir nəfər qadın da müraciət edərək içərisində pul və sənədlər olan əl çantasının naməlum şəxslər tərəfindən zorla onun əlindən aldığını bildirib. Hər iki quldurluq hadisəsi ilə bağlı 25-ci Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətlərin eyni şəxslər tərəfindən törədildiyi müəyyənləşib. Quldurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ceyhun Rufullayev və Azər Qurbanov tutularaq istintaqa təqdim ediliblər. Həmçinin, qeyd etmək lazımdır ki, saxlanılan şəxslər quldurluq hadisələri zamanı zərərçəkənlərə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Qeyd edilən faktlarla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Gördüyünüz şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Nizami Rayon Polis İdarəsinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

© xezerxeber.az


385 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR