Zaqatalada ev quşları müəmmalı şəkildə tələf oldu - VİDEO

10.10.2018 20:49

Zaqataladabir fermer qadının 100-ə yaxın ev quşu tələf olub. Ferma sahibiiddia edir ki, quşları qonşusu zəhərləyib. Hadisə yerinə baytarlıq idarəsinin əməkdaşı da çağırılıb.

Zaqatalanın Aşağı Tala kəndi ərazisində ev quşlarının kütləvi qırılma hadisəsi baş verib. Dünən səhər saatlarından başlayaraq toyuqlar tələf olub.

Hadisə Natella Nəsibovaya məxsus fermalardan birində baş verib. Təsərrüfat sahibi iddia edir ki, onun ev quşlarını qonşusu qəsdən zəhərləyib. Səbəb də olub ki, toyuq-cücə onun sahəsinə keçir. Dediyinə görə, qonşu sahəsinə zəhərli dən səpib. Hazırda 100-ə yaxın ev quşu tələf olub.

Əraziyəbaytarlıq nümayəndəsi dəvət olunub. Ölmüş quşlara yerində baxış keçirilib. Dəqiq diaqnozbaytarlıq labaratoriyasının cavabından sonra bilinəcək.

Tələf olmuş quşlar torpağa basdırılıb. Fermer NatellaNəsibova hadisə ilə bağlıhüquq-mühafizə orqanlarına da məlumat verib.

© xezerxeber.az


258 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR