"Oğurluq edirdim ki, yaxşı yaşayım" - Mingəçevirli oğru - VİDEO

10.10.2018 20:45

Mingəçevirdəmənzillərdən qızıl-zinət əşyaları və pul oğurlayan 28 yaşlı şəhər sakini saxlanıb. O, ümumilikdə vətəndaşlara 7 min manat ziyan vurub. Qubada da mağaza və evlərdən oğurluq edən 18 yaşlı gənc tutulub.

Əvvəlcə mənzilləri seçir sonra gizlicə evlərə girib qızıl və pul oğurlayıb...

Mingəçevir şəhərindəbir neçə vətəndaş evlərindən oğurluq olması barədə polisə müraciət ediblər.Polisin araşdırmasından sonra oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

28 yaşlı Asiman Allahverdiyevinümumlikdə şəhər sakinlərinə 7 min manatziyan vurduğu müəyyənləşib.

Polis əməkdaşları onun digər oğurluq əməllərinin olub-olmamasını araşdırır.

Qubada da oğru tutulub.Rayon polisi müraciət əsasında dərzi sexindən 200 manat oğurlayan şəxsi saxlayıb.18 yaşlı Qalib Əlibəyov tutulandan sonra məlum olub ki,o, avqust-oktyabr ayları ərzində rayon ərazisində5 müxtəlif mağazadan ümumilikdə 1020 manat pul və bir fərdi evdən 400 manat pul və 800 manat dəyərində olan qızıl-zinət əşyalarıoğurlayıb.

Faktlarla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

© xezerxeber.az


314 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR