"Washington times": “Ermənistanın işğalçı olduğu halda demokratikləşmə cəhdləri əbəsdir” - VİDEO

14.09.2018 20:51

Ermənistan işğalçı siyasətini davam etdirdiyi təqdirdə demokratik islahatlar heç bir nəticə verə bilməz.  Belə bir yazı ilə Amerikanın tanınmış mətbuat orqanı olan "Vaşinqton Tayms”ın yazarı Stiven Blank çıxış edib. Bildirib ki, PaşinyanAzərbaycan torpaqlarının işğalına son qoymayanadək ABŞ ona dəstək verməməlidir.

"Ermənistanın işğalçı olduğu halda demokratikləşmə cəhdləri əbəsdir". Bu sərlövhə ilə Vaşinqton Tayms qəzetinin yazarı Stiven Blank çıxış edib. O, Ermənistanda Paşinyan iqtidarının son addımları, yeni iqtidarın Rusiya siyasəti, Vaşinqtonun Qafqazda tutacağı mövqe ilə bağlı "Ermənistanda inkişaf etmiş demokratiya-Müharibə, sülh, demokratiya və ABŞ-ın Qafqazdakı siyasəti" adlı maraqlı yazı qələmə alıb.

Müəllif qeyd edib ki, Ermənistanda aprel-may aylarında baş verən inqilab həqiqi iqtisadi və siyasi tərəqqi üçün imkanlar açıb. Əsas məsələ paşenyanın bu fürsətdən necə istifadə edəcəyidir.

Müəllif fikrini belə əsaslandırıb ki Dağlıq Qarabağ münaəişəsinin həllinin uzanması və konkret olaraq iğalın davam etməsi Ermənistanı Rusiyadan daim asılı edir.

Stiven Blank qeyd edib ki, Ermənistandakı vəziyyətinBirləşmiş Ştatlara da ciddi təsiri mövcuddur.

Müəllif vurğulayıb ki, Nikol Paşinyan düzgün qərarlar qəbul etməsə onun həyta keçiridyi inqilab öz qəbirqazanına çevrilə bilər. Onu da qeyd etmək yerinə düşər ki, məqalənin müəllifi Stiven Blank Birləşmiş Ştatların Xarici Siyasət üzrə şurasının elmi əməkdaşıdır.

© xezerxeber.az

FOTOQALERIYA






298 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR