Bakının azad edilməsinin 100 illiyi ilə bağlı sərgi - “Millət sizə minnətdardır” - VİDEO

14.09.2018 20:49

Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 100 illiyinə həsr edilən "Millət sizə minnətdardır" adlı sərgi açılıb. Sərgidə hərbi-siyasi hadisələr xronoloji ardıcıllıqla təqdim olunur. Həmin dövrdə yaşananları əyani şəkildə görmək mümkündür.

Türk və Azərbaycan döyüşçülərinin silah və ləvazimatları, döyüş yerlərində tapılmış artefaktlar, azərbaycanlı döyüşçülərin təltif olunduğu osmanlı ordenləri, həmçinin Qafqaz İslam Ordusuna həsr olunan kitab və kataloqlar.

Bütün bunlar Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 100 illiyinə həsr edilən "Millət sizə minnətdardır" adlı sərgidə nümayiş olunur.Tarix muzeyində keçirilən sərgi 1918-ci ildə Azərbaycanda baş verən hərbi-siyasi hadisələri, Qafqaz İslam Ordusunun yaradılmasını və Bakının azad edilməsi ilə nəticələnən iyun-sentyabr yürüşünü sanki gözlər önündə canladırır.

Sərgidə hərbi-siyasi hadisələr xronoloji ardıcıllıqla təqdim olunur..14 informasiya-məlumat paneli üzərində mətnlər, 100-dək fotoşəkil, dövrün şairlərinin şeirlərindən parçalar,

döyüşlərin xəritəsi, döyüş səhnəsi təsvirləri hazırlanıb.

Ziyarətçilər tariximizin yaşadılması və gələcək nəsilərə ötürülməsi baxımından belə bir sərginin təşkilinin vacib olduğunu bildiriblər.

Dekabrın 14-dək davam edəcək sərgidə ümumilikdə 120-dən artıq eksponat nümayiş olunur.

 

© xezerxeber.az

FOTOQALERIYA






403 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR