Sahibkar fırıldaqçıların qurbanı oldu - Aldığı inşaat materiallarını sata bilmir - VİDEO

14.09.2018 20:48

Ağsuda tikinti materilları satan bir sahibkar fırıldaqçıların qurbanı olub. Tanımadığı şəxs mağazaya gələrək müxtəlif tikinti materialları satdığını deyib. Sabahısı gün isə başqa biri ona zəng edərək 10 min manatlıq məhsul sifariş verib. Materilların da əksəriyyəti əvvəlki gün ona təklif edilənlər olub. İndi mağaza sahibi aldanaraq aldığı inşaat materillarını nə sata bilir, nə də borcunu ödəyə.

Mağazaya gələrək tikinti materialı satdıqlarını dedilər.1 gün sonra isə eyni məhsullardan bir neçə min manatlıq sifariş verərək sahibkarı ziyana saldılar.

Ağsuda sahibkarlıqla məşğul olan Qorxmaz Rüstəmov bir qrup fırıldaqçının qurbanı olduğunu iddia edir. Onun sözlərinə görə, bir müddət əvvəl özünü Etibar kimi təqdim edən şəxs ona yaxınlaşaraq məftil, mismar və məftildən hazırlanmış tor satdığını deyib. Bakı şəhəri Ziya Bünyadov prospektində topdan şatış mərkəzinin olduğunu qeyd edən şəxs Qorxmaz Rüstəmova əlaqə nömrəsini də verib.

1 gün sonra başqa bir şəxs zəng edərək özünü dövlət qurumlarından birinin baş mühəndisi kimi təqdim edib və bina tikintisi üçün materiallar sifariş verib. Mağaza sahibi həmin şəxsdən materialların siyahısını gətirməyi xahiş etsə də, zəng edən şəxs gəlməyə vaxtının olmadığını bildirib və almaq istədiyi materialların siyahısını telefonda söyləyib. Həmin şəxs ümumilikdə 10 min manata yaxın tikinti materialı sifariş verib. Qorxmaz Rüstəmov da nağd pulu az olduğundan bunun 6 min manata yaxınını nisyə götürüb və pulunu da 1 gün sonra verəcəyini vəd edib.

Sifarişçiyə zəng etdikdə isə telefonlara cavab verməyib, gah da zəng çatmayıb. Qorxmaz Rüstəmov deyir ki, eyni hadisə Ağsuda bir neçə sahibkarın başına gəlib.

İndi Qorxmaz Rüstəmov nə əlindəki 10 min manatlıq malı sata , nə də nisyə götürdüyü məhsulların pulunu verə bilir.Aldadılan şəxslər polisə müraciət ediblər.

© xezerxeber.az

FOTOQALERIYA






158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR