Gül mağazalarında canlanma var - QİYMƏTLƏR 15 MANATDAN BAŞLAYIR - VİDEO

14.09.2018 20:49

Sabah ölkəmizdə bilik günü qeyd olunacaq. Bu münasibətlə gül mağazalarında canlanma müşahidə edilir. Burada sadə gül dəstələri ilə yanaşı qeyri-adi, fərqli bağlamalara da rast gəlmək mümkündür.

Üzərinə hərflər həkk olunmuş kitab formasında və ya çantaya bənzəyən gül çələngləri…

Sabah ölkədə qeyd olunacaq "Bilik günü" ilə əlaqədar gül mağazalarında canlanma müşahidə edilir.

Satıcıların sözlərinə görə, sifarişlərin sayı xeyli artıb. Təlabatı öncədən nəzərə alan gülçülər dünəndən tədbir görməyə başlayıblar.

Ötən illərdən fərqli olaraq alıcalara mağazalarda bu il fərqli gül dəstələri də təklif olunur. Elə müştərilər də daha çox məktəb ləvazimatları ilə bəzədilən gül bağlamalarına üstünlük verirlər. Qiymətlər isə dizayn və ölçüyə görə dəyişir.

Satıcılar deyir ki, müştərilərə "Bilik günü" ilə əlaqədar endirimlər də olunur.

© xezerxeber.az

FOTOQALERIYA






120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR