Bakı sabah keçiriləcək möhtəşəm parada hazırdır - VİDEO

14.09.2018 20:58

Paytaxt Bakı sabahkı parada tam hazırdır. Azadlıq Meydanında Türkiyə və Azərbaycan bayraqları asılıb. Meydan parada hazır vəziyyətə gətirilib. Bu arada tədbirlə əlaqədar bağlanacaq yollar da açıqlanıb.

Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə sabah keçiriləcək paradın son hazırlıqları gedir.

Tədbir zamanı parad iştirakçıları Bakının küçələrindən Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə süvari və piyada ordu şəklində keçəcəklər.

Bu arada paradla bağlı sabah bağlı olacaq yollar da açıqlanıb. Bakı Şəhər Dövlət Yol Polisinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, Azadlıq meydanı və Neftçilər prospekti ilə kəsişən, bitişən və paralel olan bütün küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Yollardakı məhdudiyyət parad tam başa çatana qədər qüvvədə olacaq.

Hərbi paradla əlaqədar bəzi avtobusların hərəkət sxemi də dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sabah səhər saatlarından mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 53, 59, 61, 65, 88, 120, 175, 205 marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək. 125 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar mərasim bitdikdən sonra sərnişinlərə xidmət göstərəcək.

© xezerxeber.az

FOTOQALERIYA






620 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR