Həbsdən çıxan kişi içib ana və atasını BALTALADI - Beyləqandakı qanlı hadisənin TƏFƏRRÜATI - VİDEO

14.09.2018 20:53

Daşkəsəndə oğul valideynlərini baltalayıb. Hadisəni törədən şəxsin həmin vaxt sərxoş olduğu bildirilir. Xəstəxanaya aparılan hər iki valideynin vəziyyəti ağırdır. Kürdəmirdə isə ər həyat yoldaşını güllələyib.

Oğul, ata və anasını baltalayıb.

Hadisə Daşkəsənin Qabaqtəpə kəndində baş verib. Rayon sakini Firdovsi Bağırov ötən axşam atası, 74 yaşlı İlyas Bağırov və anası, 64 yaşlı Tamara Bağırovaya ağır bədən xəsarətləri yetirib. O, əvvəlcə anasının başına balta ilə bir neçə zərbə endirib. Sonra isə atasına küt alətlə zərbələr endirərək baş və üz nahiyəsinə ciddi xəsarətlər yetirib. Hadisə zamanı ailənin yaxınlıqda olan digər övladı səs-küyə gəlib və ata-anasını avtomobilə mindirərək Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsində müalicəsi davam edən ər-arvadın vəziyyəti ağırdır.

Hadisə zamanı Firdovsi Bağırovun sərxoş olduğu bildirilir. O, narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı da yaşayıb. Həbsdən çıxdıqdan sonra isə həyat yoldaşından ayrılaraq valideynlərinin yanında qalıb. Firdovsi Bağırovun bundan əvvəl də valideynləri ilə ailədaxili münaqişəsinin olduğu bildirilir.

Kürdəmirdə isə ər həyat yoldaşını güllələyib. Hadisə rayonun Aşıq Şakir küçəsində baş verib. Rayon sakini, 44 yaşlı Şahin Kərimov ailə münaqişəsi zəmnində həyat yoldaşı, 36 yaşlı Qumru Salayevaya ov tüfəngi ilə atəş açıb.

Ağır xəsarətlər alan qadın təcili tibbi yardım maşını ilə Kürəmir Rayon Mərkəzi Xəstəxanasının çatdırılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib. Qumru Salayeva dərhal əməliyyat olunub, vəziyyəti ağırdır. Hadisəni törədən Şahin Kərimov isə könülü şəkildə polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


313 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR