Azərbaycanlı model üç gün ərzində Nyu-Yorkda böyük məbləğ qazandı - VİDEO

14.09.2018 11:59

Əslən Azərbaycanlı olan, hazırda Amerikada yaşayan model Stefano Suaros yenidən Nyu-Yorkda dəb şouların baş qəhrəmanına çevrilib.

Məşhur brendlərlə çalışan həmyerlimiz ardıcıl olaraq məşhur moda gecələrində çıxışlarını edib.

Model açıqlamasında bildirib ki, ilk olaraq Nyu Yorkun mərkəzi Times Square de yerləşən Crowne plaza hoteldə "New York Couture Fashion week"in açılışını etmək onun üçün çox qürur verici və sevindirici olub:

"Həmin gecə Malaziyalı dizaynerin sərgilədiyi "Kral və Şahzadə" əsərinin baş qəramanı olaraq Malaziya krallarının bir zamalnar geyinidiyi qızıl saplarla işlənmiş geyimlərini təqdim elədim.

Daha sonra "New York Style fashion week"də müğənni olaraq səhnə aldım. Bildiyiniz kimi mən Amerikada modelliklə bərabər musiqi ilə məşğul oluram. Dünyanın ən böyük şoularından olan "Style fashion week" də böyük auditoriya qarşısında yeni "You Are The Reason" mahnımı təqdim elədim.

Həmçinin Fransanın Kann şəhərində təqdim olunan "Global Short Film Awards" film mükafatlarının təsisçisi və "Couture Fashion week"in yaradıcısı ve dizayneri Andres Aquinonun klassik payız kolleksiyasının açılışını elədim".

Model Stefano Suaros 3 gün ərzində iştirak elədiyi fashion şoularda 20000 dollar qazanc əldə edib. Həmyerlimiz qısa zaman ərzində bu qədər uğura imza atdığı üçün özünü çox xoşbəxt hesab edir. (publika.az)

© xezerxeber.az


310 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR