Azərbaycanda QƏRİBƏ OLAY: Borcu silən bank, 6 il sonra pulunu yenidən tələb edir - VİDEO

13.09.2018 20:57

Dostunun bankdan götürdüyü kredit üçün zamin duran şəxs dostu rəhmətə getdiyindən pulu özü ödəməli olub. Amma ölən şəxsin ailəsinin müraciətindən sonra hələ 6 il əvvəl kredit bağışlanılıb və bununla bağlı ailəyə rəsmi məktub da göndərilib. İndi zamin yenidən məhkəməyə verilib, maaşından pul tutulur.

Borcu silən bank, 6 il sonra pulunu yenidən tələb edib.

Dostunun bankdan götürdüyü kredit üçün zamin duran şəxs indi çətin vəziyyətdə qalıb. Çünki dostu rəhmətə getdiyindən bank pulu ondan tələb edir. Baxmayraq ki, Mərkəzi Bank tərəfindən ailəyə borcun silindiyini bildirən məktub göndərilib.

Bu qeyri müəyyən situasiya ilə Ağdaş rayon sakini Məcid Həmidovun qarşılaşıb. Beləki o hələ 2012-ci ildə dostu Xosrov Nağıyevin bankdan götürdüyü 1500 manatlıq kredit üçün zamin durub. Daha sonra Xosrov rəhmətə getdiyindən onun ailəsi aidiyyatı dövlət qurumlarına müaciət edib və Mərkəzi Bank ölən şəxsin ailəsinə borcun silindiyini bildirən məktub göndərib.

Həmin məktubdan sonra bankdan gələn zənglər və müraciətlər kəsilsədə 6 il sonra Məcid Həmidovun ünvanına məhəkəmdən məktub gəlib və eyni borca görə maaşından pul tutulub.

Sözügedən bağışlanma məktubu və işin halları ilə tanış olan hüquqşünas Anar Ramazanov isə bu halın yol verilməz olduğunu bildirir. Onun sözlərinə əgər bank həqiqətən borcu ləğv edibsə o zaman eyni borcun zamin edilməsi mümkünsüzdür.

Hüquqşünas onuda bildirir ki,qanunvericiliyə əsasən bank yalnız əsas borc və faizi zamindən tələb edə bilər , dəbbə pulu ,cərimə və penyaların tələbi isə əsassızdır.

© xezerxeber.az


581 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR