Xəzər Xəbər

Uşaqlar məcburi tibbi müayinədən keçiriləcək - Dövlət proqramının icrasına başlanılıb - VİDEO

Veb TV | 20:20 • 11 Avqust 2018
Uşaqlar məcburi tibbi müayinədən keçiriləcək -

Azərbaycanda uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair növbəti dövlət proqramının icrasına başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, 2018 -2022-ci illəri əhatə edəcək proqram çərçivəsində tibbi yoxlanışdan keçmiş və keçməli olan uşaqların qeydiyyatı aparılacaq, səhiyyə işçilərinin bu sahə üzrə bacarıqları artırılacaq və təhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələri müvafiq avadanlıqlarla təchiz ediləcək.

Milli Məclisin səhiyyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib ki, bu dövlət proqramının əsas məqsədi gələcək nəslin sağlam böyüməsini təmin etməkdən ibarətdir.

Millət vəkilinin sözlərinə görə, bu proqrama əsasən valideynlər övladlarını vaxtında yoxlanışa gətirməsi üçün məlumatlandırılacaq. Bununla yanaşı valideynlər özləri də məsuliyyətli olmalı və dövlətin yaratdığı bu fürsətdən istifadə etməlidirlər.

Bundan əlavə səhiyyə işçilərinin də bu sahə üzrə bacarıqlarının artırılması və xəstəlik aşkarlanan uşaqların tibb müəssisələrinə yerləşidirlməsi də bu proqramda xüsusi qeyd edilib.

Məlahət İbrahimqızı bildirib ki, sözügedən proqram sayəsində Azərbaycandakı müsbət demoqrafik vəziyyətin qorunması ilə gələcəkdə iqtisadi inkişafda yarana biləcək risklərin qarşısı alınmış olur.

Qeyd edək ki, bu dövlət proqramı "2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın davamı olaraq hazırlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti