Buxarestdə güclü antihökumət nümayişləri, dramatik kadrlar - VİDEO

11.08.2018 11:33

Ötən gün avqustun 10-da Rumıniyanın paytaxtı Buxarestdə güclü antihökumət nümayişləri başlayıb. Nümayişlərdə yerli KİV-lərin məlumatlarına görə 200 mindən çox adam iştirak edib.

Nümayişçilər Rumıniya hökumətinin istefasını, növbədənkənar seçkilərin keçirilməsini, Milli antikorrupsiya idarəsinin baş prokuroru Laura Kodritsa Kovesinin istefasını, ümumiyyətlə hakim Sosial-Demokrat Partiyasının ləğvini tələb edirlər. Rumınları bu cür qəzəbləndirən isə hökumətin bu günlərdə ədliyyə, pensiya islahatları, vergi sistemi barədə qanunvericiliyə etdiyi dəyişiklərdir.

Polis nümayişçiləri suvuran qurğularla və gözyaşardıcı qazla dağıtmaq istəyib. Lakin nümayişçilərin sayı azalmaq əvəzinə daha da artıb. Buxarest küçələrində əsl döyüş başlayıb. Polislə toqquşmalarda yüzlərlə adamın yaralandığı bildirilir. Vəziyyət gərginləşməkdə davam edir.

Virtualaz.org


© xezerxeber.az


285 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR