Gədəbəydə avtomobil aşdı: sürücü öldü - VİDEO

10.08.2018 19:55

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Saratovka kəndi ərazisində, Qaraməmmədli kənd sakini, 1958-ci il təvəllüdlü Mazahir Quliyev idarə etdiyi "VAZ-2121" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR