Manat üçün risk yoxdur - VİDEO

10.08.2018 20:54

Qonşu ölkələrin milli valyutalarının dollar qarşısında ucuzlaşmasımanat üçün hər hansı bir risk yaratmır. ABŞ-ın Rusiya Türkiyə və İranlayaşadığı gərginliyin maliyyə sisteminə təsirini şərh edən ekspertlər bu fikirdədir. Ekspertlər hesab edir ki, mövcud iqtisadi şərtlərlə yaxın və orta prespektivdə manatın dayanıqlığı təmin olunub.

Türkiyə və İran milli valyutalarının dollara nisbətdə dəyər itirməsi, manata təsiri gözlənilmir. Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsininüzvü, millət vəkili Aydın Hüseynov qeyd edib ki, manatın məzənnəsini müəyyənləşdirən və sabitliyini təmsil edən amillər tam təmin edilir.

Aydın Hüseynovun sözlərinə görə manatın məzənnəsinə təsir edən amillərdən biri ölkənin valyuta ehtiyatlarıdır. Neft qiymətlərinin ilboyu yüksək olması kifayət qədər valyuta ehtiyatlarının toplanmasını təmin edib

Xarici ticarət dövriyyəsinin müsbət saldosu da manatın sabitliyinə təsir edən məqamlar arasındadır. Azərrbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi, eləcə də ixrac məhsullarının həcminin artması proqnozların müsbət olmasına şəraitr yaradır.

Millətr vəkili vurğulayıb ki, milli valyutanın sabit qalmasına şərait yaradan maliyyə bank-sisteminin dayanıqlığı da diqqət mərkəzindədir

Mövcud iqtisadi şərtlərdə nəyinki yaxın gələcəkdə, elə orta prespektivdə də manatın sabitliyi ilə bağlı risklər yoxdur.

© xezerxeber.az


233 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR