Azərbaycanda işsiz qalanlarla bağlı UNİKAL YENİLİK: mesajla hər kəsə... - VİDEO

09.08.2018 20:55

İşini itirən vətəndaşlara sığorta ödənişi ilə bağlı SMS göndəriləcək. Məqsəd həmin şəxslər yeni iş yeri tapana qədər onların sosial müdafiəsini təmin etməkdir. Yeni xidmət yaxın vaxtlarda əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən vətəndaşların ixtiyarınaveriləcək.

İşini itirənlərə sığorta ödənişi ilə bağlı SMS bildiriş göndəriləcək. Bu yeni xidməti Əmək və Əhalisinin Sosial Müdafiəsi nazirliyi həyata keçirəcək.

Nazirliyin sözçüsü Fazil Talıblı bildirir ki, bu SMS-lər ancaq nəzərdə tutulmuş halda işdən azad edilənlərə aiddir.

Yəni, azı üç il sığorta stajı olan və işini itirdiyi günədək 24 ay ərzində 12 aydan çox sığorta stajı olan, işini itirdikdən sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişi ilə təmin olunurlar.

Ancaq əmək müqaviləsi olmayan və ya xidməti müqavilə ilə işləyənlər işini itirdiyi zaman onlar bu smsləri ala bilməyəcəklər. Bundan başqa hansısa nöqsana görə işdən çıxarılan şəxslərə də bu qayda şamil edilməyəcək.

İşini itirənlər smsdən sonra müraciət etməklə aldıqları əmək haqqının müəyyən hissəsini əldə edəcəklər. Belə ki, həmin şəxslər itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı üç ildən beş ilə qədər olduqda 50 faizi, beş ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi qədər ödəniş alırlar.

Bundan başqa, azı üç il sığorta stajı olan, lakin işini itirdiyi günədək 24 ay ərzində, 12 aydan az sığorta stajı olanlara isə altı ay müddətinə minimum sığorta ödənişi - aylıq 130 manat təyin edilir.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR