Salyanda 21 yaşlı gənc çayda boğuldu - VİDEO

09.08.2018 20:52

Salyanda dostları ilə çayda çimən gənc suda boğulub. Sumqayıtda isə 27 yaşlı gənc Samur-Abşeron kanalında batıb. Hər iki gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

21 yaşlı gənc çayda boğulub.

Bədbəxt hadisə Salyanın Sarvan kəndində baş verib. Kənd sakini, 21 yaşlı Məzahim Məmmədov çimmək üçün həmyaşıdları ilə birgə Akkuşa çayına gedib. Suya girdikdən bir müddət sonra isə boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub. Məzahim Məmmədovun meyiti batdığı yerdən təxminən 30 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Sumqayıtda isə 27 yaşlı gənc kanalda batıb. Hadisə Samur-Abşeron kanalının şəhər ərazisindən keçən hissəsində baş verib. Kanalda boğulan 27 yaşlı Daşqın Əbilovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hər iki faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






269 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR