Toy karvanında "avtoşluq" edən sürücülər tutuldu - VİDEO

09.08.2018 17:59

Paytaxtın Binəqədi rayonu ərazisindətoy karvanında avtoxuliqanlıq faktıqeydə alınıb. Polis təhlükəsiz şəhər kameraları vasitəsi ilə avtoxuliqanlıq edən hər üç sürücünü saxlayaraq məsuliyyətə cəlb edib.

Yük avtomobillərinin arası ilə gah sağa, gah da sola hərəkət edirlər.

Görüntülər paytaxtın Binəqədi rayonu Sulutəp qəsəbəsi ərazisində toy karvanında lent alınıb.

Sulutəpə qəsəbəsindən üzü ''Beynəlxalq Avtovağzal'' istiqamətində bəy-gəlin avtomobilini müşaiət edən bir qrup gənc avtomobilə təhlükəli hərəkərtlər edərək, yolda digər iştrakçıları üçün real təhlükə yaradırlar.

Dırnaqarası şousu zamanı, avtoxuliqanlıq edən şəxslərdən biri bəy gəlin çəkmək üçün öndə gedən operatorun olduğu avtomobili də vurur. Qəza yüngül olsa da bu həm operator həm də digər şəxslər üçün olduqca təhlükəli vəziyyət yaradır.

çox çəkməyib ki,Təhlükəsiz şəhər kameraları vasitəsi ilə polis həmin şəxsləri müəyyən edib və idarə etdikləri ''Vaz-2106'' markalı avomobillə birlikdə saxlayıb. Onlar RəhimRəhimli, Vüsal Nəbiyev və Cəlil Mehdiyevdir. Hər üç şəxs saxlanılarkən törətdikləri əməlləri etiraf ediblər. Onlar toyu olan dostuna bu təhlükəli hərəkətlərini hədiyyə etdiklərini deyirlər.

Törətdikləri əmələ görə, peŞman olan hər üç şəxslə bağlı yol polisində toplanan material Binəqədi rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə barələrində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati həbs tətbiq edilib.

© xezerxeber.az


272 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR