Abşeronda maraqlı hadisə: Tövlədə narkotik tərkibli bitki əkdi - VİDEO

09.08.2018 17:34

Abşeronda polis narkotik tərkibli bitkiləri əkib-becərən şəxsi saxlayıb. Maraqlısı budur ki, həmin şəxs ətrafda yaşayanların xəbəri olmasın deyə həmin bitkiləri tövlənin içində əkib. Amma damını söküb ki, günəş şuası düşsün və kollar yaxşı inkişaf etsin. Ağsu polisi də çətənə bitkisi əkən şəxsi tutub.

Tövlənin döşəməsini sökərək yerində narkotik tərkibli bitki əkib.

Bir müddət sonra yaxşı yetişməsi üçün, tavanı söküb ki, içəri günəş düşsün.

Narkotik tərkibli bitkiləri əkib- becərən şəxslə bağlı Abşeron rayon Mehdiabad polis bölməsinə məlumat daxil olub. Əməliyyatçılar çox çəkməyib ki, Digah qəsəbə sakini 55 yaşlı İqbal Mirzəyevi saxlayıblar. Hal şahidlərinin iştrakı ilə onun həyatyani sahəsinə baxış keçirilib. Baxış zamanı evin həyətində olan tövlənin içində xüsusi qulluq edilərək əkilən 38 ədəd çətənə kolu aşkar edilib.

Bölmə əməkdaşları elə İqbal Mirzəyevin iştrakı ilə tövlənin içində olan çətənə kollarını bir-bir kökündən çıxararaq ekspertizaya göndəriblər. Saxlanılan İqbal Mirzəyev bir neçə ildir narkotik maddə, marixuana qəbul etdiyini də etiraf edir.

İqbal Mirzəyev barəsində Mehdiabad polis bölməsində toplanan material araşdırılmaı üçün rayon polis idarəsinə göndərilib.

Ağsuda da çətənə bitkisi əkən şəxs tutulub. Əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli bilinən rayon sakini, 40 yaşlı Elçin Abbasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış keçirilərkən ordan xususi qulluq edilimiş 12 ədəd çətənə kolu aşkar edilib. Həmçinin Elçin Abbasovunevinə baxış keçrilən zaman qurudulmuş marixuanaaşkar edilərək götrülub. Saxlanılan şəxs istintaqa təhvil verilib.

© xezerxeber.az


963 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR