Mingəçevirdə REYD – sürücülər CƏRİMƏLƏNDİ

09.08.2018 17:07

Yol polisi əməkdaşları Mingəçevirdə reyd keçirib. "Təmiz Hava" aylığı çərçivəsində təşkil edilən yoxlamalar zamanı 50 inzibati protokol tərtib olunub. Reyddə mübahisələr də yaşanıb.

Kimisi avtomobilini yeni təmir etdirdiyini deyərək yazılan cərimə ilə razılaşmır.

Digər sürücü isə mübahisə zamanı avtomobilin sənədlərini polis əməkdaşlarına verərək çıxıb gedir.

Görüntülər yol polis əməkdaşlarının 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə birgə Mingəçevirdə keçirdiyi reyddəndir. "Təmiz hava" aylığı çərçivəsində təşkil edilən yoxlamalar şəhərin müxtəlif ərazilərində həyata keçirilib. Xüsusi cihaz vasitəsi ilə avtomobillərdən ətrafa yayılan dəm qazının həcmi müəyyən edilib, mühərriklərində problemlər olan və normadan artıq dəm qazı xaric edən nəqliyyat vasitələrinin sürücüləri cərimələnib. Ümumilikdə 50 inzibati protokol tərtib olunub. Yazəlan cərimələrə etiraz edən sürücülər də olub.

Reydlər avqustun sonuna qədər davam etdiriləcək.

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR