Xəzər Xəbər

Xəzər dənizini çirklənmədən qoruyan qurğular quraşdırılır - VİDEO

Veb TV | 20:12 • 26 İyul 2018
Xəzər dənizini çirklənmədən qoruyan qurğular quraşdırılır -

Xəzər dənizinin sahildən çirklənməsinin qarşısını almaq üçün qabağlayıcı tədbirlər görülür.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə deyib. Onun sözlərinə görə, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, azaldılması və ona nəzarət, eləcə də onun ətraf mühitinin mühafizəsi, qorunması və bərpası üçün fərdi və ya birgə şəkildə bir neçə zəruri tədbirlər görülür.

Bu arada, Xəzər dənizinin ekoloji problemenin həlli istiqamətində 5 xəzəryanı ölkənin ekologiya nazirləri və müavinləri Moskvada bir araya gələrək ''Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Protokol'' imzalanıb.

Rasim Səttarzadə onu da bildirib ki, Xəzərin ekoloji probleminin həlli istiqamətində sahil boyu şimaldan cənuba kimi olan hissəsində də mütəmadi reydlər keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti