Xəzər Xəbər

Zərdabda pambıq sahələri susuzluqdan məhv olur - VİDEO

Veb TV | 20:43 • 17 İyul 2018
Zərdabda pambıq sahələri susuzluqdan məhv olur -

Zərdabın Bəyəmli qəsəbəsində pambıq sahələri susuzluq səbəbindən məhv olur.

Xezerxeber.az-ın məlumatına görə, fermerlər bildirirlər ki, əgər qısa zamanda su olmasa heç bir məhsul əldə edə bilməyəcəklər.

Zərdab rayonunun Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev bildirir ki, adıçəkilən qəsəbə Kür çayından 25 km kənarda yerləşir. Buna görə əraziyə su yalnız xüsusi nasoslar vasitəsilə verilir. Bütün ərazilərdə pambığın fasiləsiz olaraq sulanması həyata keçirildiyindən həmin qəsəbəyə də növbəlilik əsasında su veriləcək. İdarə rəisi bildirir ki, qısa zamanda qəsəbəyə nasoslar vasitəsilə suyun verilməsi təmin ediləcək.

Fermerlər problemin qısa zamanda həll edilməsini gözləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti