İranda avtobus yük maşını ilə toqquşdu: 27 sərnişin ölüb - VİDEO

11.07.2018 11:39

İranda dünən sərnişin avtobusu ilə yanacaq daşıyan yük maşını toqquşub.

"Mehrnews" bildirir ki, qəza nəticəsində azı 27 nəfər həyatını itirib, 9 sərnişin isə yaralanıb.

Toqquşmadan sonra avtobus yanmağa başlayıb. Hadisə Kürdistan əyalətinin Senendec şəhərində qeydə alınıb.

Baş verən qəza ilə əlaqədar Kürdüstan vilayətində 3 günlük matəm elan olunub.

© xezerxeber.az


210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR