Fransa tarixində üçüncü dəfə finala çıxdı - VİDEO

11.07.2018 10:06

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının ilk yarımfinal mərhələsində Fransa millisi Belçika yığması ilə qarşılaşıb.

"Sankt Peterburq Arena” stadionunda keçirilən görüşü uruqvaylı Andres Kunya idarə edib.

Fransa millisinin heyətində meydana Uqo Loris, Samuel Umtiti, Rafayel Varan, Benjamen Pavar, Lüka Ernandes, Pol Pogba, Nqolo Kante, Blez Matuidi, Antuan Qrizman, Kilyan Mbappe və Olivye Jiru çıxıblar.

Belçika millisinin start heyətində isə Tibo Kurtua, Tobi Alderveyreld, Vensan Kompani, Yan Vertonqer, Aksel Vitsel, Musa Dembele, Maruan Fellaini, Kevin De Brüyne, Naser Şadli, Eden Hazard və Romelu Lukaku yer alıblar.

Maraqlı epizodlarla yadda qalan görüş fransızların 1:0 hesablı qələbəsilə yekunlaşıb. Bununla da Fransa yığması tarixində üçüncü dəfə dünya çempionatının final mərhləsinə yüksəlib.

© xezerxeber.az


69 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR