Türkiyə prezidenti Azərbaycana gəldi - VİDEO

10.07.2018 21:24

Prezident seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana edən Rəcəp Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət başçıları təkbətək və geniştərkibdə görüşlər keçiriblər. Prezident İlham Əliyev birgə layihələrin regiona sülh və sabitlik gətirəcəyini vurğulayıb. Rəcəp Tayyip Erdoğan isə istər enerji , istər müdafiə sənayəsi, istərsə də Dağlıq Qarabağ məsələsində bundan sonra da əllərindən gələni edəcəklərini bəyan edib.

Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Prezidenti İlham Əliyev Türkiyəli həmkərını qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verdi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Ardınca Türkiyəvə Azərbaycanın dövlət himnləri səsləndi. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olundu.

Rəsmi qarşılanma mərasimində sonra hər iki ölkənin dövlət başçılarının təkbətək görüşüolub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub. Təkbətək görüşdən sonra işçi nahat çərçivəsində geniş görüşü olub.

Azərbaycan və Türkiyə prezidentləri bəyənatlarla çıxış ediblər. Prezident İlham Əliyev türkiyəli Həmkraını seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu,qarşılıqlı sərmayə qoyuluşunun daha daartırılacağını bildirib. Dövlər başçısı qeyd edib ki, bu günə kimi Azərbaycan Türkiyə iqtisadiyyatına 13 , 9 milyard dollarsərmayə qoyub. Türkiyə şirkətlərinin Azərbaycana sərmayəsi isə 12 milyard dollar olub. Dövlət başçısı qeyd edib ki, bu rəqəmlər bizim əlaqələrimizin qardaşlıq səviyyəsini göstərir. Prezidentenerji layihələrinə də toxunub.

Prezident əlaqələrimizin çoxşaxəli olduğunu , birgə səylərlə regionda sülhün yaranacağını vurğulayıb. Eyni zamanda türkiyə ilə hərbi sahədə də əməkdaşlığın ugurla davam edəcəyini bildirib.

Rəcəp Tayyip Ərdoğan isə öz növbəsində ilk rəsmi səfərini qardaş və dost Azərbaycana etdiyindən şad olduğunu bildirib.Erdoğan sərmayə qoyuluşunun 2 ,3 dəfə artırılacağını vurğulayıb. Türkiyə prezidenti Naxçıvanla nəqliyyat infrastrukturunun genişləndirilməsiylə bağlı önəmli bəyənatlar verib. Rəcəp TayipƏrdoğan FETO məsələsində mübarizəyə görə Azərbaycana təşəkkür edib və hər iki ölkənin təhsil nazirliklərinin bundan sonra birgə fəaliyyəti artıracağını bildirib.

Səfər çərçivəsində Türkiyə prezidneti fəxri xiyabana gələrək ümummili lider Heydər Əliyevin, oftolmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Türkiyə prezidenti Şəhidlər Xiyabanını da ziyarət edərək, əbədi məşəl abidəsi önünə əklil qoydu. Ərdoğan Türkiyə şəhidliyinin şərəfinə ucaldılan abidəni də ziyarət edib.

Türkiyə prezidentinin axşam saatlarında Azərbaycana rəsmi səfəri başa çatıb.

© xezerxeber.az

FOTOQALERIYA






509 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR