Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Mehdiabadda ətrafı bürüyən üfunət iyi - Sakinlər çıxılmaz vəziyyətdə qalıb - VİDEO

10.07.2018 21:11

Abşeron rayonu Mehdiabad qəsəbəsində evlərə yaxın ərazidə tikilən donuz ferması sakinləri çıxılmaz vəziyyətdə qoyub. Sakinlərin sözlərinə görə, fermadan yayılan üfunət səbəbiylə onlar pəncərələrini belə aça bilmirlər. Aidiyyəti qurumlar isə problemin həlli üçün fermaya vaxt verildiyini deyirlər.

Evlərin cəmi 30 metrliyində yerləşən bu fermada donuz saxlanılır. Gün boyu ətrafa o qədər kəskin qoxu yayılır ki, burada yaşayanlar pəncərələrini aça bilmirlər.

Görüntülər Abşeron rayonu Mehdiabada qəsəbəsi Niyazi küçəsindəndir. Sakinlər deyirlər ki, buradakı gölün ətrafında uzun illərdir dana və toyuq ferması olub. Amma son 1 ildir burada donuz saxlanılır ki, oradakı natəmizlik və pis qoxudan ətrafı üfunət bürüyüb.

Bu ərazidə yaşayanların sözlərinə görə, kəskin qoxu hətta insanlarda qaşınmaya da səbəb olur.

Donuz fermasında işləyənlər isə kameramızı görüb çölə çıxmaq istəmədilər və bizi də içəri buraxmadılar. Onların sözlərinə görə, bu ferma ''SAU VİTAS'' MMC-yə məxsusdur.

Abşeron rayon İcra Hakimiyyətinin Mehdiabad qəsəbəsi üzrə icra nümayəndəsinin müavini Zabil Rzayevin ''Xəzər Xəbər'' ə verdiyi məlumata görə, artıq sakinlərin şikayəti əsasında aidiyyatı qurumların əməkdaşları əraziyə baxış keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu fermanın 3 ay ərzində, yəni sentyabrın 7-ə qədər ya köçürülməsi, ya da qoxunun ətrafa yayılmaması üçün müasir avadanlıqlarla təmin edilməsi barədə qərar qəbul edib. O cümlədən polis əməkdaşları da bu ərazi ilə bağlı araşdırma aparır.

© xezerxeber.az

FOTOQALERIYA






452 dəfə oxunub

ÇOX OXUNANLAR