Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Azərbaycan və Türkiyə XXI əsrin enerji tarixini yazır - VİDEO

13.06.2018 20:55

TANAP dünyanın enerji xəritəsini dəyişən və Azərbaycanın beynəlxalq aləmdə imicini, gücünü artıran ən vacib addımlardan biri kimi tarixə düşdü. Sonradan TAP kəməri ilə birləşəcək TANAP Azərbaycana daha böyük siyasi-iqtisadi dividentlər gətirə bilər. Ekspertlər bir sıra ölkələrin TANAP-a böyük maraq göstərdiyini bildirirlər.

Uzun illərdir düşünülən, planlaşdırılan ancaq real işə gələndə bəzi tərəflərin addım atmağa cəsarət etmədiyi layihəni Azərbaycan və Türkiyə birlikdə reallığa çevirdi. Özü də cəmi 6 il kimi qısa bir müddətdə. Halbuki, bu qədər müddətdə bir çox ölkələr belə nəhəng layihənin ancaq ya təməlqoyma mərasimini keçirib ya da çox az bir hissəsini icra edə bilib.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev TANAP-ın açılış mərasimindəki nitqində XXI əsrin enerji tarixini Azərbaycan və Türkiyənin birgə yazdığını vurğulamışdı. TANAP həm siyasi sabitlik gətirdi, həm də iqtisadi cəhətdən bölgənin inkişafına böyük töhvə vermiş oldu. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Azərbaycan-Türkiyə liderlərinin birgə güclü siyasi iradəsinin məntiqi nəticəsidir.

Ekspert İlham Şaban bildirir ki, açılış mərasimində Ukrayna prezidentinin tədbirdə iştirakı onu deməyə əsas verir ki, Azərbaycan qazının şaxələndiyi ərazi fantastik həcmdə böyüyə bilər. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması, eyni zamanda rəsmi Bakının dünyada daha böyük nüfuz sahibi olması deməkdir.

Cənub Qaz Dəhlizi eyni zamanda Avrasiyada yeni əməkdaşlıq və işbirliyi formatı yaradıb.Əgər 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkənin isə bu layihədə iştirak edəcəyi gözlənilir.

© xezerxeber.az


210 dəfə oxunub

ÇOX OXUNANLAR