Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Neftçalada əməliyyat - 16 min manatlıq kabel oğurlayan şəxslər saxlanıb - VİDEO

13.06.2018 20:49

Neftçalada müəssisələrin birinə məxsus dərinlik dalma nasosları üçün istifadə edilən bahalı kabelləri oğurlayan şəxslər saxlanılıb. Sumqayıtda isə avtomobillərdən oğurluq edən şəxslər tutulub.

200 metr kabelı oğurlayıb 16 min manata satmaq istəyiblər. Neftçala rayon polis şöbəsinə ərazidə yerləşən istehsalat müəssisələrindən birinə məxsus dərinlik dalma nasosları üçün istifadə edilən, ümumilikdə isə 16 min manat dəyəri olan kabelin naməlum şəxs və ya şəxslər tərəfindən oğulanması barədə şikayət ərizəsi daxil olub. Əməliyyata başlayan polis Elnur Manafov, Fərid Babayev və Röyal Mehdiyevi şübhəli şəxs qismində saxlayıb.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayətləri boyunlarına alıb.

Faktla bağlı Neftçala rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Sumqayıtda isə avtomobillərdən ogurluq edən şəxslər saxlanılıb. Mürəciət əsasında 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Abşeron rayon sakinləri - Ülvi Əliyev, Xəyal Əlili, Kənan Burcəliyev və yetkinlik yaşına çatmayan daha bir şəxs saxlanılaraq istintaqa təhvil verilib.Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Sumqayıt şəhərində daha 5 avtomobilin şüşəsini sındıraraq oğurluq ediblər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

© xezerxeber.az


497 dəfə oxunub

XƏBƏRLƏR

14.12.2018 14:39

Abşeronda "VAZ" yanıb

ÇOX OXUNANLAR