6 minə yaxın müəllim işlədiyi yeri dəyişmək istəyir - VİDEO

12.06.2018 20:54

6 minə yaxın müəllim iş yerinin dəyişdirilməsini istəyir. Lakin müraciət edənlərin hamısının iş yerini dəyişmək mümkün olmayacaq. Təhsil Nazirliyindəbu gündən etibarən müraciətlərin baxılmasına başlayıb. Nəticələr isə yaxın günlərdə açıqlanacaq.

Müəllimlərin yerdəyişməsi ilə bağlı sənəd qəbulu artıq başa çatıb. Müraciətlər zamanı 5857 nəfər iş yerinin dəyişdirilməsi üçün elektron ərizələrini təsdiq edib.

Müraciət edənlər arasında respublikanın bütün rayon və şəhərlərin məktəblərində çalışan müəllimlər var.Müəllimlərin yerdəyişməsinin səbəbləri də müxtəlifdir.

Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadənin sözlərinə görə , müraciət edən müəllimlərin hamısının iş yerini dəyişmək mümkün olmayacaq.Çünki əksər hallarda bəzən eyni yeri daha çox insan seçir.Bir yerə isə yalnız bir namizəd seçiləcək.Müraciətlər arasında daha çox ibtidai sinif, fiziki tərbiyə, ingilis dili, riyaziyyat müəllimləri yer alıb.Yerdəyişmə ilə bağlı nəticələr isə yaxın günlərdə açıqlanacaq.

Yerdəyişmə zamanı həm rayon daxili, həmdər rayonlar arası yerdəyişmə həyata keçiriləcək.

© xezerxeber.az


276 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR