Bakı Dairəvi yolunda hərəkət qaydası dəyişir - VİDEO

17.05.2018 20:54

Yeni Yasamaldan Biləcəri-Sumqayıt istiqamətində getmək istəyənlərin yolu asanlaşır. Bu məqsədlə Bakı Dairəvi Yolunun hərəkətində dəyşiklik edilir. Artıq yolun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səs boğucularının və dəmir-beton hissənin sökülməsinə başlanılıb. Bununla da köməkçi yoldan çıxıb, Biləcəri-Sumqayıt istiqamətində getmək istəyən sürücülərin ''Şamaxinka'' adlanan əraziyə daxil olmasına ehtiyac qalmayacaq.

Bakı Dairəvi yolunda nəqliyyatın hərəkəti dəyişdirilir.

Dəyişikliklər Moskva prospektinin "Şamaxinka" deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi ilə olunur.

Aparılacaq müəyyən dəyişikliklərdən sonra isə yan yoldan, yəni Yeni Yasamal ərazisindən gələn nəqliyyat vasitələri əsas yola keçid hissə kimi istifadə edə biləcəklər. Bunun üçün ərazidə yenidənqurma işlərindən sonra zəruri yol nişanları və təhlükəsizlik dirəkləri də quraşdırılacaq.

Bütün bu işlər nəticəsində həm ''Şamaxinka'' adlanan ərazisinin nəqliyyat yükü nəzərə çarpacaq dərəcədə azalacaq, həm də Yeni Yasamaldan Biləcəri-Sumqayıt istiqamətinə gedən sürücülərin işi asanlaşacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər qısa müddət ərzində yekunlaşdırılacaq

© xezerxeber.az

FOTOQALERIYA






295 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR