Astarada çəltik əkininə start verildi - VİDEO

17.05.2018 20:43

Astarada çəltik əkininə start verilib. Bir neçə gündür ki, sahələrdə qızğın iş gedir. Fermerlər isə lazımi texnikaların olmamasınınişi ləngitdiyini deyirlər.

Sahələr hazırlanıb, ştillər əkilir.

Astarada çəltik əkini əsasən Artupa, Səncərədi, Kakalos və Ərçivan kəndlərinin ərazilərində aparılır. Çəltiyin becərilməsinə şitil əkmək yolu ilə başlanılır. Hazırda bu işin böyük bir hissəsi əl əməyi ilə görülür. Fermerlər deyirlər ki, buna səbəb texnika çatışmazlığıdır.

Təsrrüfat sahibləri keyfiyyətli toxum tapmaq sarıdan da əziyyət çəkdiklərini deyirlər.

Məsələ ilə bağlı Astara Kənd Təsərrüfatı İdarəsindən isə bildirildi ki, keyfiyytəli toxum cəhətdən heç bir problem yoxdur.

Texnika problemi də tezliklə həll ediləcək. Bu məqsədlə Şirvan Regional Aqroservisinə xeyli yeni texnika gətirilib.

Qeyd edilib ki, ötən il rayonda 447 hektar sahədə çəltik əkilib. Bu il isə onun 600 hektara çatdırılması nəzərdə tutulur.

© xezerxeber.az


248 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR