Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Yeni rəis ixtisarlarla bağlı danışdı: “Kadr islahatları olacaq” - VİDEO

17.05.2018 20:55

Dövlət Miqrasiya Xidmətində araşdırmalar aparılır. Miqrasiya xidmətinin fəaliyyətinə xələl gətirilən işçilər bu sahədən uzaqlaşdırılır. Bununla yanaşıəcnəbilərin qeydiyyatı bundan sonra"ASAN Xidmət" mərkəzlərində də aparılacaq

Dövlət Miqrasiya Xidmətində kadr islahatları davam edəcək. Bunu jurnalistlərə açıqlamasında xidmətin rəisi Vüsal Hüseynov bildirib.

O,qeyd edib ki, vətəndaşların şikayətləri əsasında miqrasiya sahəsində araşdırmalar aparılıb. İlkin olaraq miqrasiiya xidmətinin fəaliyyətinə xələl gətirilən işçilər bu sahədən uzaqlaşdırılıb.Və mövcüd olan bütün narahatlıq və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülür.

Vüsal Hüseynov hazırda qurumda göstərilən xidmətlərin asanlaşdırılması üçün işlərin aparıldığını bildirib.Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınmasının sadələşdirilməsi üçün artıq bu proses "ASAN Xidmət" mərkəzlərində də həyata keçiriləcək.

Dövlət Miqrasiya Xidmətinin rəisi həmçinin onu da qeyd etdi ki,hazırda ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin də şikayət və təklifləri əsasında təşəbbüs planı hazırlanır.

© xezerxeber.az


724 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR