Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Diabet xəstələrinə cihaz və dərman verilmir - VİDEO

16.05.2018 20:49

Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən xəstələr pulsuz dərman və diabeti ölçən cihazlarla təmin edilirlər. Ancaq bəzi poliklinikalar bu qaydaya riayət etmirlər. Növbəti xəbərimiz belə tibb müəssisələrindən biri haqqındadır.

Şəkərli diabetdən əziyyət çəkən vətəndaşlara diabeti ölçən cihazlar və ''siafor'' dərmanı verilmir.

Paytaxtın Yasamal rayonu ərazisində fəaliyyət göstərən 39 nömrəli şəhər poliklinikasında belə hal yaşanır.. Bu xəstəlikdən əziyyət çəkən vətəndaşların sözlərinə görə, bir müddətdir onlara dövlət tərəfindən pulsuz verilməli olan ''siafor'' dərmanını ala bilmirlər.

Şəkərli diabet xəstələrinin problemi təkcə bununla bitmir. Vətəndaşlar iddia edirlər ki, poliklinikada Səhiyyə Nazirliyi tərəfindən pulsuz paylanan şəkərli diabeti ölçən cihazlar da onlara verilmir.

39 nömrəli şəhər poliklinikasının həkimi Ramiyə Quliyeva da xəstələrə ''siafor'' dərmanının verilməməsini təsdiq etdi.

Şəkərli diabeti ölçən cihazların verilməməsi məsələsinə gəlincə isə, Ramiyə Quliyeva bildirdi ki, bir müddət bu cihazların verilməsində problem yaransa da, hazırda problem aradan qaldırılıb.

Adıçəkilən poliklinikada 1205 şəkərli diabet xəstəsi qeydiyyatdadır.


© xezerxeber.az

FOTOQALERIYA






312 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR