İnam Kərimov kadr islahatlarından danışdı - VİDEO

16.05.2018 20:52

Kənd Təsərrüfatı Nazirliyində heç kəs işdən çıxarılmayıb. Yalnız rotasiya qaydasında yerdəyişmələr olub. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir kadr islahatı zamanı əsasən gənclərə üstünlük verilməsi məsələsinə də toxunub.

Kənd Təsərrüfatı Nazirliyində aparılan islahatlar zamanı həm gənc, həm də yaşlı kadrlar vəzifəyə təyin edilə bilər. Burada vacib nüans həmin şəxsin hansı yaş kateqoriyasında olması yox, innovativ və müasir düşüncəli olmasıdır. Kənd Təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi qurumdakı kadr islahatlarına münasibət bildirərkən belə deyib.

Nazir bildirib ki, indiyədək heç kəs işdən azad edilməyib.

İnam Kərimov qeyd edib ki, rayonlarına səfər etməkdə əsas məqsədi problemləri yerində eşitmək və fermerlərə daha yaxın olmaqdır. Nazirlik çatışmzlıqların həllinə çalışacaq və bu iş daim davam etdiriləcək.

© xezerxeber.az

FOTOQALERIYA






111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR