Bayılda sürüşmə, evlər dağıldı - VİDEO

16.05.2018 20:53

Bayılda dünən axşam saatlarında torpaq sürüşməsi baş verib, bu zaman istismar müddəti bitmiş 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.

Bayıl buxtasında yeraltı proseslər nəticəsində evlər dağılıb, ərazidə yaşayan sakinlər təxliyyə edilib.

Dünən axşam saatlarında Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində 4 ev uçub.

Ərazinin sürüşməyə meyilli olması və binaların istismar müddətinin bitməsi nəzərə alınaraq, sakinlər bir müddət əvvəl ərazidən köçürülüb. Xoşbəxtlikdən evlər dağılan zaman heç kim xəsarət almayıb.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə baş vermiş əraziyə gəlib. İcra başçısı dağılan evlərlə yanaşı, həmin ərazidə olan digər evlər haqqında da tədbirlər proqramının hazırlanacağını bildirib. Eldar Əzizovun sözlərinə görə, ərazidəki evlərin əksəriyyəti sovet dövründən tikilib və hazırda onların istismar müddəti bitib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyanın dəstə rəisi Rafiq Həsənovun sözlərinə görə, ərazi sürüşməyə meyilli sahə olduğundan ilkin ehtimal antropogen təsirlərin aktivləşməsidir.

Buxta küçəsindəki təhlükə yaranmış ərazidən ümumilikdə 22 ailə köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub. Hazırda ərazidə araşdırmalar davam etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






608 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR