Astara sakini Lerikdə saxlanıldı - VİDEO

16.05.2018 17:47

Lerikdə Astara sakinindənnarkotik vasitə aşkarlanıb.

Lerik rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Rayonun Piran kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini Ələmdar Rəhimov saxlanılıb. Üzərindən 1 kq 310 qram tiryək aşkarlanıb. Ələmdar Rəhimov üzərindəki narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini etiraf edib.

Faktla bağlı Lerik rayon polis şöbəsində araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






317 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR