Bu ailə 130 il sonra ilk dəfə gəlin köçürdü - VİDEO

16.05.2018 12:59

Sivasın Olukman kəndində yaşayan Gökçe ailəsi 130 il sonra ilk dəfə gəlin köçürüb.

1888-ci ildə ailə quran Rabiyə və Mehmed cütlüyü daim oğlan övladı dünyaya gətiriblər. 110 il boyunca Gökçe nəslində qız övladı doğulmayıb. Yalnız 1998-ci ildə Ömər və Meliha Gökçenin qızı Fadime dünyaya gəlib. Həmkəndlisi, 25 yaşlı Cəlal Susuz ilə ötən gün ailə quran Fadimenin sayəsində Gökçe nəsli 130 il sonra ilk gəlinini köçürüb.

Susuz açıqlamasında "130 ildir bu evdən gəlin çıxmayıb. Qismət mənə imiş. Çox xoşbəxtəm" deyib.

© xezerxeber.az


1556 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR