Daxili turlara maraq artır - Qubaya 20, Qəbələ isə cəmi 21 manat - VİDEO

16.04.2018 20:52

Son vaxtlar ölkə daxili turlara tələbat artıb. Bəzi rayonlara bir günlük turlar 20 manatdan təklif edilir. Bu qiymətə çay süfrəsi və fotosesiya da daxildir. Şimalla müqayisədə qərb bölgəsində isə qiymətlər bir qədər bahadır.

Qubaya 20, Qəbələ isə cəmi 21 manat.

Son illər bölgələrin turizm sektorunda canlanma müşahidə olunur.Ekspertlərin sözlərinə görə , xaricilərlə yanaşı yerli turistlərdə daxili turizmin imkanlarından yararlanmağa üstünlük verirlər.Bunun isə bir neçə səbəbləri var.

Səyahət tur şəklində götürüldükdə isə müştəriyə daha ucuz başa gəlir.Turpaketə nəqliyyat ,qidalanma və digər xidmətlər daxildi.

Bölgələrdə otellərin sayının artması rəqabətin canlanmasına və qiymətlrin də enməsinə təsir edir.Lakin birgünlük səyahətə üstünlük verənlər daha çoxdur.Qiymətlərin nisbətən baha olduğu bölgələr isə qərb zonası hesab edilir.

Xarici turistlər tarixi-mədəni abidələrin olduğu yerlərə səyahət etməyə üstünlük verdiyindən turpaketlər hazırlanarkən bu amillər də nəzərə alınır.


© xezerxeber.az

FOTOQALERIYA






149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR