Bakı metrosunda maraqlı fləşmob - VİDEO

16.04.2018 20:56

Bakı Metropolitenində Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunan fləşmob keçirilib. Fləşmob iştirakçıları Səməd Vurğunun "Azərbaycan" şeirini oxuyublar. Aksiya hər kəs tərəfindən maraqla qarşılanıb...

Metroya minən sərnişinlərə əvvəlcə Azərbaycan bayrağı paylanıldı.

Daha sonra isə metroda ulu öndər Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin bir bəndi səsləndirildi.

Azərbaycan Cümhüriyyətin 100 illiyinə həsr olunmuş və metroda keçirilən fləşmob bu rəngarəng görüntülərlə yadda qaldı. Sosial aksiya qırmızı xətdə hərəkət edən sərnişin qatarında keçirilib. Aksiya iştirakçıları və sərnişinlər bir ağızdan milli mənəvi ruhda olan "Azərbaycan" şeirindən bir neçə bənd ifa ediblər.

Fləşmob Ulu Öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamının qatarda səsləndirilməsi ilə yekunlaşıb

Qeyd edək ki, dövlət başçısının bu il yanvarın 10-da imzaladığı sərəncamla 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. Bununla əlaqədar ölkə daxilində, eləcə də bütün dünyada müxtəlif məzmunlu tədbirlər keçirilir.


© xezerxeber.az


345 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR