Salyanda ağır qəza: polis baş leytenantı öldü - VİDEO

16.04.2018 18:37

Salyanda baş verən yol qəzasında polis zabiti ölüb

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunda rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, Neftçala şəhər Bakıxanov küçəsi, ev 8-a ünvanında yaşayan, 1994-cüil təvəllüdlü Niftəliyev Rza Hicran oğlu idarə etdiyi "Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Ölən Neftçala Rayon Polis şöbəsinin əməkdaşı, polis baş leytenatı olub.

Faktla bağlı araşdırma aparılır.


© xezerxeber.az


317 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR