Forması qərb, məzmunu erməni - VİDEO

16.04.2018 19:25

Növbəti materialımızda bir sıra beynəlxalq qurumların Anti-Azərbaycan fəaliyyətinin mahiyyəti ilə sizi tanış edəcəyik. Bu təşkilatlar Amerika və qərb dövlətlərinin patronajlığına sığınaraq hər fürsətdə rəsmi Bakını ləkələməyə çalışır. Həmin qurumların adları ingilis dilində olsa da, başında ermənilərin dayanması anti-Azərbaycan mahiyyətini ifşa edir.

Hər dəfə Azərbaycanda seçkilər keçirilən yaxud Bakının mötəbər tədbirlərə ev sahibliyi etdiyi ərəfədə fəallaşan anti-Azərbaycan şəbəkəsinin məqsədi haqda çox danışılıb və yazılıb. Anti-Azərbaycan kampaniyasını fəalları isə dəyişməz qalır. Carnegi Fondunun rəsmi şəkildə maliyyələşdirdiyi QHT-lər və mətbu orqanları. Bu siyahıya "Human Rayts Votc", "Forigen Polisi" Nyu York Times, kimi qurumlar daxildir.

Yaradılma məqsədi ABŞ-ın xarici siyasətində alternativ layihələr hazırmaq olan bu fondun rəhbər heyətinin kimliyinə diqqət yetirək. Fondun rəhbəri, erməni əsilli Vartan Groriyandır. Erməni lobbisinin ən fəal üzvlərindən olan Griqoryan Türkiyə Ermənistan sərhədlərinin açılması layihəsinin əsas təşəbbüskarlarından biri və ən böyük dəstəkçisidir. Xatırladaq ki, hələ 2016-cı ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri ərəfəsində səfərin baş tutmaması, habelə konqres və senatda görüşlərinə əngəl törətmək üçün geniş kompaniya həyata keçirən Carnegi Fondunun əsas arqumenti də məhz Ermənistanın iqtisadi blokadada saxlanılması idi.

Fondun İdarə heyətinin üzvü eduard Peter Diyeriyiyan da ermənidir. Digər diqqət çəkən şəxs fondun vitse prezidenti, habelə Rusiya və avrasiya üzrə kordinator diana Arseniyandır. Arseniyan eyni zamanda erməni assambleyasının idarə heyətinin üzvüdür. Sadəcə onu qeyd etmək yerinə düşər ki, bizm ölkə də daxil olmaqla bu regiondan hazırlana materiallar bir başa onun əlindən keçir. Adları çəkilən bu erməni əsilli şəxslər həm də nüfuzlu mətbu orqanlarda mütəmadi olaraq məqalə və şərhlərlə çıxış edirlər. Birmənalı hədəfləri isə Azərbaycan Və Türkiyədir. Təbii ki, Azərbaycan da daxil olmaqla hər bir ölkə ilə bağlı məlumatlar həmin ölkələrdən onlara göndərilən danoslar əsasında hazırlanır. Bu onlara tərəfsiz görünmək üçün lazımdır.

Yəni məsələnin əsl məğzi ondan ibarətdir ki, bir dövlət kimi Ermənistan özünün edə bilmədiyini diaspor və lobbinin gücünə etmək istəyir. Azərbaycanın daxilindəki anti milli ünsürlər də bu prosesdə iştirak edir.


© xezerxeber.az

FOTOQALERIYA






569 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR