Xəzər Xəbər

VİDEO: Bakı Şəhər Halqası belə tikildi

Veb TV | 15:12 • 16 İyun 2016
VİDEO: Bakı Şəhər Halqası belə tikildi

İyunun 17-19-u aralığında Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisinin yarış treki uzunluğuna görə dünyada ikincidir. Uzunluğu 6 km-dən bir qədər artıq olan Bakı Şəhər Halqası unikal xüsusiyyətlərə sahibdir.

 

Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı Formula 1 avtomobilləri YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil olan İçəri Şəhər tarixi-memarlıq qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını görəcəklər.

 

Layihənin müəllifi bütün müasir Formula 1 treklerinin memarı olan Herman Tilkedir.

 

Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edəcək.

 

Start və Finiş xətti Azadlıq meydanında olacaq. Həmçinin burada Formula 1 Paddok Klubu, komandaların boksları və pit-leyn qurulacaq.

 

19 və 20-ci döngələrdən sonra 1500 metrlik məsafədə 340 km/saat sürət yığacaq pilotları kəskin döngə gözləyir. Burada çox gözəl mənzərə yaranır. Bir yanda Formula 1 Paddok Klubunun arxasında görünən Hökümət Evi, digər tərəfdə isə start nöqtəsinə tərəf uzanan dənizkənarı yol.

 

Trekin ən çox çətinliyə malik hissəsi 8-ci döngədən sonra başlayır. Şəhər trekinin bu hissəsi əlbəttə, onun vizit kartına çevriləcək. 8-ci döngədən sonra yol maksimal şəkildə daralır və bu hissədə pilotları kəskin yoxuş gözləyir. Pilotları sol tərəfdə YUNESKO tərəfindən qorunan İçəri Şəhərin qala divarları və giriş qapısı, sağ tərəfdə isə yaşayış binaları əhatə edəcək.

 

XəzərXəbər1 il ərzində ərsəyə gələn Bakı Şəhər Halqasının inşasını əks etdirən videoçarxı təqdim edir.

 

Xəbər lenti