Xəzər Xəbər

Dini təbliğatla bağlı cəzalar SƏRTLƏŞDİRİLİR - VİDEO

Veb TV | 20:53 • 28 Fevral 2018
Dini təbliğatla bağlı cəzalar

Qanunsuz dini təbliğatla bağlı cəzalar sərtləşdirilir. Dini etiqad azadlığı haqqında qanuna edilən dəyişikliklərin təsdiq olunması ilə buna müvafiq olaraq digər qanunvericilik sənədlərində o cümlədən cinayət məcəlləsində də dəyişikliklər ediləcək. Dini qurumlarla iş üzrə dövlət komitəsi bunu maarifləndirici tədbirlərin kifayət etməməsi ilə əsaslandırır. Qurumun sədr müavini xəzər xəbərə açıqlamasında xarici ölkələrdə dini təhsilin yaratdığı təhlükədən də danışıb.

Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozanlara qarşı cəzalar sərtləşdirilir. Bir müddət əvvəl Milli Məclisdə qəbul olunandini etiqad azadlığı haqqında qanuna dəyişikliyin dövlət başçısı tərəfindən təsdiq olunması ilə bir sıra digər qanunvericiklik aktları o cümlədən cinayət məcəlləsinə də dəyişiklik edilməsi zərurəti yaranıb. Yəni dini təbliğatda qanunun tələblərini pozanlar cinayət məsuliyyəti daşıyacaq. Qüvvəyə minən dəyişikliyə əsasən islam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış azərbaycan vətəndaşı tərəfindən "dini etiqad azadlığı haqqında" qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılmasına görə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik Milli Məclisin martın 6-da keçiriləcək plenar iclasında müzakirə ediləcək. Xaricdə dini təhsil məsələsinə də toxunana komitənin sədr müavini Səyavuş heydərov bildirib ki, xarici ölkələrdə dini təhsil özünü doğrultmur. Çünki bir çox hallarda orada təhsil alan gənclərimizi yad ideologiyaların təsirinə məruz qalır. Elə dövlət başçısının sərəncamı ilə ilahiyyat institutunun yaradılması da yad təsirlərin qarşısının alınması məqsədi daşıyır. Hazırda təhsil ocağının fəaliyyətə başlaması üçün işlər aktiv fazada həyata keçirilir.

Səyavuş Heydərov bildirib ki, Azərbaycan vətəndaşlarının xaricdəki münaqişə ocaqlarına getməsi və silahlı qruplaşmaşlara qoşulmasında məhz yad ideologiyaların təsiri böyük rol oynayır. Belə halların qarşısının alınması üçün aparılan maarifləndirmə və təbliğat işləri nəticəsini göstərməkdədir. Belə ki, son il yarım ərzində belə hallarla bağlı quruma məlumat daxil olmayıb.

Xəbər lenti