Ermənistanın "nəfəslik" gözü ilə baxdığı layihə də puç oldu - VİDEO

14.02.2018 20:52

İran Ermənistana dəmiryolu çəkmək üçün konkret şərt qoyub. Erməni ekspertlər isə İranın tələblərini məntiqli hesab etsələr də Ermənistanın bunu yerinə yetirmək iqtidarında olmadığını etiraf ediblər. Bütün bunlara səbəb kimi isə Sarkisyan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi başda olmaqla yarıtmaz siyasətinini göstəriblər.

Ermənistan təcriddiən qismən qurtulmaq üçün yeganə nəfslik gözü ilə baxdığı İranla dəmiryolu layihəsi də iflasa uğradı. İranın Ermənistandakı səfiri Seyid Kazım Sajadi bildirib ki, İran layihənin xərclərini bütövlükdə öz üzərinə götürmək niyyətində deyil. Bu layihə yalnız yenidən o halda günədəmə gələ bilər ki Ermənistan investor tapsın. "Siz addım atırsız, biz davamını gətiririk'"- deyə İranın Ermənistandakı səfiri ölkəsinin mövqeyini açıq dilə gətirib.

Erməni ekspertlər İranın tələbini məntiqli hesab edir, bunun həmdə layihənin baş tutmaq ehtimalının heçə endiyi mənasına gəldiyini bildirirlər.

''Alternativ'' analitik mərkəzinin rəhbəri Tatul Manasaryan bildirib ki, qafqazın istər beynəlxalq, istərsə də regional layihələrindən kənarda qalan ölkəsinə heç bir investorun maliyyə ayırmayacağı həqiqətidir. Bu dəmiryolunu Ermənistan üçün yalnız Rusiya inşa edə bilərdi. Amma Azərbaycanın təşəbbüsü ilə baş tutan şimal cənub nəqliyyat dəhlizi layihəsi bu ehtimalı da sıfıra endirir. çünki İran və Rusiya üçün bu marşurut daha cəlbedicidir. Bakı Tiflis Qars dəmir yolu xəttinin istismara verilməsi isə yüklərin açıq dənizə çıxarılmasını faktiki olaraq təmin edir.

Hakim respublikar partiyasının sabiq sədr müavini hazırda isə erməni milli konqresi partiyasının sədr müavini olan Aram Manukyan 'vestnik kafkaza' saytına müsahbəsi isə vəziyyəti tam çılpaqlığı ilə ortya qoyur. Manukyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsində aparılan səhv siyasət Ermənistanı regionda ən arzuolunmaz yerə salıb. O bildirib ki, həyata keçirilən layihələr Azərbaycanı cənubi qafqazın əsas infrastruktur- tranzit mərkəzinə çevirir. Ermənistan isə sadəcə kənardan müşahidə edir.

Aram Manukyan ölkəsinin iqtisadi blokdaya salınmasının əsas səbəbinin Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirib. O, Ermənistanın yarıtmaz siyasətindən əl çəkərək, bütün gücünü münaqişənin həllinə yönəltməli olduğunu vurğulayıb.

İrəvanın keçmiş meri Vaanq Xaçatryan isə məsələyə daha kəskin yanaşıb. O, region ölkələrinin Ermənistanı ciddi partnyor kimi qəbul etmədiklərini, ölkənin iqtisadi imkanlarını məzxərəyə qoyduqlarını etiraf edib.

Artıq Ermənistan ictimaiyyəti də yaxşı bilir ki, Ermənistanın yeganə çıxış yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bunu Sarkisyan rejimi də yaxşı dərk edir. Amma hakimiyyəti əldən verməmək üçün ölkəsini gözlə görünənən uçuruma aparmağı belə gözə alıb.

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR