DİN və DTX əməliyyat keçirdi: Civə satmaq istəyənlər tutuldu - VİDEO

14.02.2018 20:47

Polis və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Bakıda əməliyyat keçiriblər. Əməliyyat zamanı insan sağlamlığına güclü təsir göstərən və zərərli kimyəvi maddə hesab olunan civə satmaq istəyən cinayətkar dəstə ifşa edilib.

Yarım kiloqrama yaxın civəni 20 min manata satmaq istəyən cinayətkar dəstə tutulub.

Nizami rayon polis idarəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində Ağcəbədi rayon sakinləri - Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, əvvəlcə Adəm İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib. Daha sonra Hacı Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib.

Qeyd edilən faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq davam etdirilir.


© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR