Prezident: “Azərbaycan regionun nəqliyyat mərkəzinə çevrilib” - VİDEO

13.02.2018 20:56

"Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrilib". Bu fikri prezident İlham Əliyev Almaniya iqtisadiyyatının şərq komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib. Görüşdə müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

"İndiyədək alman şirkətləri Azərbaycanda infrastruktur və inşaat sahəsində vacib layihələr həyata keçirib. Həmçinin bizim müasir zavodlarimiz istehsalatda almaniya avadanliğindan istifadə edir. Buna görə də müxtəlif sahələrdə iqtisadi əməkdaşliğimizin artirilmasi üçün böyük potensial var." Bunu prezident İlham Əliyev Almaniya iqtisadiyyatının şərq komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan son 8 ildə sement idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Bununla belə mənzil inşaatının genişlənməsinin, yeni zavodların tikilməsinin, əhali artımının gələcəkdə sementə böyük tələbat yaradacağını əlavə edib. "Bu baxımdan bu sahəyə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər. Qarşıya qoyulan məqsədlərdən biri özümüzü bütün tikinti materialları ilə 100 faiz təmin etməkdir. Nəzərə almaq lazımdır ki, bizim kifayət qədər xammalımız var və tikinti materialları sahəsində yerli istehsal son 10 ildə xeyli artıb"- deyə prezident bildirib.

Dövlət başçısı Enerji sahəsindəki əməkdaşlıq məsələsinə də toxunub...Prezidetn qeyd edib ki,Azərbaycanın enerji layihələri təkcə "Şahdəniz-2" ilə məhdudlaşmır. Yeni yataqlar üzrə dünyanın aparıcı şirkətləri ilə danışıqlar aktiv fazaya daxil olub. "Azəri-Çıraq-Günəşli" yataqlarının istismarını nəzərdə tutan müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətinə toxunan dövlət başçısı bildirib ki, bu, bundan sonra ən azı 30 il müddətində Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə bu nəhəng yataqların birgə işlənilməsini həyata keçirəcəyini göstərir.

Prezident Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrildiyini diqqətə çatdırıb.

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele isə Azərbaycanda çoxlu potensial gördüklərini bildirib...Volfqanq Büxelenin sözlərinə görə uzunmüddətli perspektivdə bir tərəfdən neft və qaz sektorunun inkişafı, digər tərəfdən isə qeyri-neft sektorunun inkişafı, hər iki tərəf üçün faydalı olacaq.


© xezerxeber.az

FOTOQALERIYA






145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR