Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Sabah sevgililər günüdür - VİDEO

13.02.2018 20:53

Cütlüklərin çoxu 14 fevral tarixini sevgililər günü kimi qeyd edir. Artıq bu gündən gül salonlarında, hədiyyə dükanlarında sıxlıq müşahidə olunur. Sırf 14 fevrala görə restoranlar da xüsusi təkliflər hazırlayıblar.

Rəngarən güllərdən fərqli formalarda buket yığılıb. Gül dükanları ürəklərlə bəzədilib. Sevməyin günü və tarixi olmasa da bir çoxları 14 fevralı sevgililər günü kimi qeyd edir. Qadınların hədiyyə seçimi bu il də dəyişməz olaraq qalır.

Əvvəllər 101 ədəd gül dəbdəbəli hesab olunsa da indi 500-dən çox bağladanlar da var.

Böyükhəcmli buketlər daha ucuza başa gəlsin deyə qızılgülün yerinə qərənfil seçənlər də var. Belə ki, buta formalı buketdə 50-ə yaxın qızıl gül arnamet olaraq istifadə olunub.

Hədiyyə dükanlarına da təlabat artıb. Sevgililər daha çox kreativ hədiyyələrə üstünlük verir.

Bu arada paytaxtdakı restoranların bəziləri də sevgililər gününə özəl, xüsusi olaraq hazırlıqlar görüblər.

Əksər restoranlar sevgililər günündə özəl depazit şərtləriylə xidmət təklif edir.

Sabah üçün təlabat çox olduğundan əvvəlcədən bron etmək məsləhətdir.


© xezerxeber.az

FOTOQALERIYA






351 dəfə oxunub

ÇOX OXUNANLAR